Bu çiyələkləri yemək olmaz! – “Maddə 586”
Bizi izləyin

Ekopublika.az

Bu çiyələkləri yemək olmaz! – “Maddə 586”

May ayının ikinci həftəsindən başlayaraq kənd təsərrüfatı bazarının piştaxtalarının əsas favoriti olan çiyələyi istər ətri, istərsə də dadına görə sevməyən insan yoxdur. Bu meyvədən həm də xalq təbabətində, xüsusilə də böyrəklərdə daş əmələgəlmə xəstəliyinə qarşı, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edilir. Lakin çiyələyin xeyirləri ilə yanaşı insan orqanizmi üçün təhlükəli tərəfləri də var. Məsələn, bəzən çiyələk orqanizmin zəhərləməsinə səbəb olur. Bəs keyfiyyətli çiyələyi necə tanıyaq?

Oxucularımıza bu işdə Publika.az-ın "Maddə 586" layihəsi yardımçı olacaq.

Çiyələyin faydası nədir?

Əvvəla qeyd edək ki, çiyələk qeyri-həqiqi giləmeyvələr qrupuna daxildir. Yabanı halda meşə ətrafında bitir, mədəni halda isə müхtəlif sortları becərilir. Çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, çox faydalıdır. Çiyələyin tərkibində şəkər, üzvi turşu, vitaminlər, pektin maddələri və s. var. Çiyələk orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır, həzmolmanı asanlaşdırır, qaraciyərin iltihabını aradan qaldırır, avitaminoz xəstəliyinə qarşı yaxşı təsir göstərir. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları, böyrək xəstəliklərində və s. istifadə edilir.

Keyfiyyətli çiyələk

İqtisadiyyat Nazirliyinin Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidən verilən bilgiyə görə, istehlakçılar çiyələyin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır: "İstehlakçıya keyfiyyətli halda çatdırılmasında onun qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Bu məhsulun qablaşdırıldığı tara keyfiyyətcə standartlara uyğun olmalıdır. Çiyələk qablaşdırılan taralar möhkəm, təmiz, quru olmalı, kənar iy verməməlidir. Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir. Çiyələyin qablaşdırıldığı taralar mütləq markalanmalıdır. Markalanmada onun xalis və tara ilə çəkisi, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Çiyələk alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki çiyələk onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır. Çiyələyi ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyə olunur".

Çiyələyi nə qədər saxlamaq olar?

Saхlanma müddətinə görə çiyələk qısa müddətə saхlanıla bilən giləmeyvədir. Bu qrupa aid məhsulları optimal temperaturda 5 gündən 20 günə qədər saхlamaq olar. Ticarət şəbəkələrindən çiyələk alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmamasına, saxlanma müddətində əmələ gələbilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan məhsul içərisindən keyfiyyətsiz mal aşkar olunarsa, onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur. Çiyələk müxtəlif irilikdə və formada olur. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən və kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.

Süni yetişməmiş çiyələk

Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz olanlara, kiçik ölçülü, xırda meyvələrə üstünlük verilməlidir. Çünki onların süni yetişməsi üçün nitro preparatları işlənir və həmin dərmanlar daha çox böyük ölçüdə olan meyvələrə toplanır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm