Azərbaycan “qaz vurub qazan dolduracaq”
Bizi izləyin

Ekopublika.az

Azərbaycan “qaz vurub qazan dolduracaq”

Təbii qaza olan qlobal tələb gələcək 5 il ərzində 1,5 faiz artaraq təxminən 3,9 trilyon kub metrə çatacaq.

Publika.az Beynəlxalq Enerji Agentliyinin (IEA) "Orta Vədəli Qaz Bazarı Hesabatı"na istinadən xəbər verir ki, dünyada 2012-ci ildən bəri təbii qaz tələbi illik 1 faiz səviyyəsində artır.

Keçən il 3,55 trilyon kub metr olan təbii qaz tələbi gələn il 3,62 trilyon kub metrə çıxacaq. Bu miqdar, 2019-cu ildə 3,72 trilyon kub metrə, 2021-ci ildə isə 3,89 trilyon kub metrə çatacaq.

Beləliklə dünyada 2021-ci ilədək qlobal təbii qaz tələbində təxminən 340 milyard kub metrlik artım baş verəcək.

Hesabata əsasən Çin illik 6 faiz tələb artımıyla Hindistanı izləyəcək. Orta Şərqdə aşağı neft qiymətləri və iqtisadi artımda daralma səbəbiylə təbii qaz tələbi azalacaq. Avropada əksinə tələb artımı sabit qalacaq.

Ən böyük istehlakçı olan Amerika Birləşmiş Ştatlarına gəlincə, enerji sektorunda təbii qazın payında artım baş vermədiyindən tələbin artımının yavaşlaması gözlənilir.

Hesabata görə, 2015-2021-ci illərdə qlobal təbii qaz istehsalı 1,5 faiz artacaq.

2017-ci ilin sonuna qədər ABŞ-da da qaz istehsalında durğunluq yaşanacaq. Gələcək 5 ildə isə bu ölkədə qaz istehsalı ortalama 2,2 faiz artacaq. İstehsalda 100 milyard kub metrdən çox artım yaşanacaq. Beləliklə qlobal təbii qaz istehsalındakı artımın üçdə biri ABŞ-ın payına düşəcək. Hesabat dövründə Avropadakı təbii qaz istehsalı ildə təxminən 2,1 faiz azalacaq. Çində isə 2009-2015-ci illərdəki istehsala nisbətdə eniş yaşanacaq.

Orta Şərqə gəlincə, Səudiyyə Ərəbistanı və İranın da təbii qaz istehsalını çoxaltmasıyla 2015-2021-ci illərdə ortalama 1,6 faiz artım gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm