Ekopublika.az
Mərkəzi Bankdan MANATIN MƏZƏNNƏSİ ilə bağlı açıqlama
Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit"lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd olunub ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.
Sorğuya cavabda bildirilir ki, AMB-nin valyuta ehtiyatları diversifikasiya strategiyasına uyğun olaraq ABŞ dolları, avro, funt sterlinq olmaqla likvid maliyyə alətlərində saxlanılır. Bu baxımdan, Mərkəzi Bankın valyuta ehtiyatlarının böyük əksəriyyəti (85%-dən çox) ABŞ dollarında olduğundan, digər valyutaların ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi nəticəsində əhəmiyyətli məzənnə fərqi yaranmayıb.
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi