Ekopublika.az
Mərkəzi Bankdan QƏRAR: Uçot dərəcəsi 9.5%-ə qaldırıldı
Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir.
Publika.az Mərkəzi Bankdan verilən məlumata görə, xəbər verir ki, cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq edib: “Bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradıb. Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar edib. Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlayıb.
Cari il və orta müddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meyilləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib. Mərkəzi Bankın İdarə Heyəti 8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.
Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 15%-ə bərabər olub və bu barədə müvafiq qərarı Mərkəzi Bank 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub.
İqtisadiyyat şöbəsi
-
Sosial19:24
Leyla Əliyeva onlarla birgə rəqs etdi - FOTO
-
Magazin119:12
Pərvin Abıyevanın adından SAXTAKARLIQ - FOTO
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO
-
Yaxın Şərq16:46
TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
-
Maraq dünyası16:16
Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır? - FOTOLAR
-
Sosial15:33
Məşhur şadlıq sarayı bağlanır? - FOTO
-
Kriminal14:36
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” - Şok təfərrüat / VİDEO
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT