İqtisadi gündəm
"Türk axını"na hücum, Ankaraya hücumdur: Türkiyədən SƏRT AÇIQLAMA
Kiyevin “Türk axını” kompressor stansiyasına hücum cəhdi Vaşinqtonun Rusiya iqtisadiyyatını zəiflətmək istəyi ilə bağlıdır, lakin zərbə həm də Ankaraya yönəlib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Vətən” Partiyasının sədr müavini Hakan Topkurulu "RİA Novosti"yə bildirib.
Topkuruluya görə, ABŞ Rusiyanın iqtisadi gücünü zəiflətməklə onun hərbi gücünü zəiflətmək və məhv etmək istəyir, bu məqsədlə Rusiyanın ən mühüm gəlir mənbəyi olan enerji məsələsinə xüsusi diqqət yetirirlər.
Sədr müavini onu da qeyd edib ki, Enerji Bazarını Tənzimləmə Qurumunun dərc etdiyi 2024-cü ilin oktyabr ayı hesabat məlumatlarına görə, Ankara təbii qaz ehtiyacının 43%-ni Rusiyadan idxal edib.
“Bu hücum təkcə Rusiyaya qarşı deyil, həm də Türkiyəyə qarşı yönəlib ki, bu da yüksək idxal rəqəmləri ilə başa düşülə bilər”, - deyə o vurğulayıb.
Topkurulu bu təhdidlərə cavab olaraq Türkiyənin ən qısa zamanda NATO-dan çıxmalı olduğunu əlavə edib.
Xatırladaq ki, ötən həftə Ukrayna Silahlı Qüvvələri Avropa ölkələrinə qaz nəqlini dayandırmaq üçün Krasnodar diyarında Anapa yaxınlığındakı “Türk axını” kompressor stansiyasına hücum etmək üçün doqquz pilotsuz təyyarədən istifadə etməyə cəhd edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hava hücumundan müdafiə bölmələri hücumu dəf edərkən bütün pilotsuz təyyarələr vurulub.
Adəm Abbaslı
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb
-
Magazin203:13Məşhur aktrisa üçüncü dəfə ana oldu
-
MDB02:4217 yaşlı yeniyetmə məktəb tualetində ölü tapıldı
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qarşı tərəfə dəyər vermək arasındakı qızıl balansı tapın
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"








.jpg)



























.jpg)