Bu gün FED-in faiz qərarına təsir edəcək daha bir ADDIM ATILACAQ
Bizi izləyin

Ekopublika.az

Bu gün FED-in faiz qərarına təsir edəcək daha bir ADDIM ATILACAQ

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın inflyasiya səviyyəsi açıqlanacaq.

Publika.az invest.az-a istinadən xəbər verir ki, EUR/USD cütlüyünün məzənnəsi son bir həftədir üfüqi dalğalanır. GBP/USD cütlüyünün məzənnəsi isə bahalaşmağa başlayıb. Bu gün isə dünya valyuta birjalarında avro, funt və dolların qiymətlərində güclü hərəkətliliyə səbəb ola biləcək Amerika iqtisadiyyatı ilə bağlı və FED-in faiz qərarında önəmli rol oynayan göstərici açıqlanacaq.

Avronun dollara nisbətən qiyməti son bir həftədir 1.1200 və 1.1280 dollar aralığında ticarət olunur. Önəmli dəstək səviyyələri 1.1200 və 1.1122 dollardır. Önəmli müqavimət səviyyələri isə 1.1290 və 1.1327 dollardır. Funtun dollara nisbətən qiyməti isə 1.3137 dollara kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Beləliklə, qiymət 1.3137 dolların üzərində ticarət olunduğu təqdirdə, əlavə olaraq 1.3320 dollara kimi bahalaşa bilər.

O ki qaldı Amerikanın inflyasiya səviyyəsi ilə bağlı açıqlamaya, bazar iştirakçıları ABŞ-da istehlak qiymətlərinin avqust ayında 0.1% artdığını proqnozlaşdırırlar. Lakin inflyasiyanın hesablanmasında istifadə olunan istehsalçı, idxal və ixrac qiymətləri indeksləri son günlərdir gözlənilməz olaraq mənfi açıqlanır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm