MDB ölkələrinə ixrac olunmuş malların həcmi 50 faizə yaxın azalıb
Bizi izləyin

Ekopublika.az

MDB ölkələrinə ixrac olunmuş malların həcmi 50 faizə yaxın azalıb

MDB ölkələrinə ixrac olunmuş malların həcmi 50 faizə yaxın azalıb

Bu ilin iki ayında əmtəə mübadiləsinin dəyəri 2013-cü ilin yanvar-fevral ayına nisbətən müqayisəli qiymətlərlə 8.9 faiz, o cümlədən ixracın həcmi 6.1 faiz, idxalın həcmi isə 17.8 faiz azalıb.

Publika.Az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əlaqələrinin 91.9 faizi və ya 4.6 milyard dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, 8.1 faizi, yaxud 402.3 milyon dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib. Ticarət əməliyyatlarının həcmi müqayisəli qiymətlərlə müvafiq olaraq 6.4 faiz və 29.4 faiz azalıb.

2013-cü ilin yanvar-fevral aylarına nisbətən ölkədən MDB üzvü olmayan dövlətlər istisna olmaqla digər dövlətlərə ixrac olunmuş malların dəyəri müqayisəli qiymətlərlə 4.0 faiz azalmış və 3.7 milyard dollar həcmində məhsul göndərilib. Eyni zamanda, MDB ölkələrinə ixrac olunmuş malların həcmi 44.8 faiz azalaraq 114.0 milyon dollar təşkil edib.

Yanvar-fevral aylarında ölkəmizə idxal olunmuş malların 901.6 milyon dollarlığı MDB üzvü dövlətlər istisna olmaqla digər ölkələrdən, 288.3 milyon dollarlığı isə MDB üzvü dövlətlərindən daxil olub. Müvafiq olaraq 16.0 faiz və 23.3 faiz azalıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm