Avro bölgəsi 12 aya dağılacaq
Bizi izləyin

Ekopublika.az

Avro bölgəsi 12 aya dağılacaq

Bazar gözləntiləri ilə bağlı araşdırmalar aparan “Sentix”in hesabatına görə, Avro Bölgəsinin 12 ay ərzində dağılma ehtimalı var. Buna səbəb Yunanıstan və Portuqaliyadakı iqtisadi problemlərdir.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Avro Bölgəsi Dağılma İndeksi (EBİ) hesabatının nəticələrinə görə, bölgənin vəziyyəti əvvəlki aylardakı kimi qənaətbəxş deyil. Avro bölgəsi dağılma indeksi keçən aydakı 15,7 faizdən bu ay 16.3 faizə yüksəlib. Sorğuda iştirak edən investorların 16,3 faizi Avro Bölgəsinin 12 ay ərzində dağılacağının mümkün olduğunu deyib.

Hesabata görə, 2016-cı ilin sentyabr ayında Avro Bölgəsinin çöküş riski artıb. Xatırladaq ki, EBİ 2012-ci ilin iyun ayından bu tərəfə açıqlanır. Sorğuda 50 min nəfər investor iştirak edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm