Ekopublika.az
ARDNŞ Xəzərdəki yataqlarda ekoloji monitorinq aparır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorundakı "8 Mart" və "Səngəcal-Duvvanı-Xərə-Zirə" yataqlarında ətraf mühitin vəziyyətinin monitorinqini həyata keçirib.
ARDNŞ-dən Publika.az-a verilən məlumata görə, monitorinqlər
zamanı layihə üzrə seçilmiş stansiyalarda su nümunələri götürülüb,
həmin nümunələrdə hidrogen ionlarının qatılığı (pH), oksigenin
miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu
gəminin laboratoriyasındakı "Professional Plus" (ABŞ) çoxrejimli
analitik cihazla təyin olunub.
Bundan başqa, yataqlarda mövsümlər üzrə dinamikanın öyrənilməsi
məqsədilə dəniz dibindən çöküntü və bentos nümunələri, dəniz
suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, gəminin
laboratoriyasında konservasiya edilib, qablaşdırılıb və Ekologiya
İdarəsinin sahildə yerləşən Kompleks Tədqiqatlar Laboratoriyasına
təhvil verilib. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının
sürət və istiqaməti müasir tipli "3D-ACM-7000" cihazı vasitəsi ilə
ölçülüb.
Aparılacaq analitik tədqiqatlardan sonra ətraf mühitin vəziyyəti
barədə monitorinq hesabatı hazırlanacaq. Ekoloji monitorinq
işlərinin digər dəniz yataqlarında da davam etdirilməsi nəzərdə
tutulur.
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı