Ekopublika.az
Unun qiyməti artdı
Yay fəslində isti və günəş şüalarının
təsirindən keyfiyyətini itirən qidaların qəbulundan xəstəxanalıq
olan şəxslərin sayında artım var.
ANS TV-nin məlumatına görə, digər aylara nisbətdə
yay aylarında mədə-bağırsaq xəstəliklərinin aktivləşməsi daha çox
təsadüf olunur. Qəbul edilən qarışıq qidalar və ərzaqların daha tez
xarab olması və bu halda qəbul edilməsi bakteriaların çoxalması və
inkişafı üçün münbit şərait yaradır.
Həkim Məlahət Qəhrəmanovanın sözlərinə görə,
xüsusilə uşaqlarda orqanizm həssas olduğu üçün müxtəlif meyvələrin
həddən artıq qəbulu və sərinləşdirici içkilərin aramsız olaraq
içilməsi bu kimi problemlərə səbəb olur. Bu səbəbdən qidaları sərin
vəziyyətdə saxlamaq və günəş şüalarından qorumaq
məsləhətdir.
Həkimin sözlərinə görə, bir çox hallarda
mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər çiy meyvələrə üstünlük
verir. Amma bu vəziyyəti daha da pisləşdirə bilər. Belə insanlara
bişmiş meyvələrdən daha çox istifadə etmək və soyuq su ümumiyyətlə
qəbul etməmək məsləhət görülür.
Həkim onu da bildirdi ki, ağartı məhsulları
mədə-bağıraq sisteminin öz işini bərpa etməsində xüsusi əmiyyətə
malikdir. Ona görə bu tip qidaların qəbuluna yay aylarında daha çox
yer ayırmaq lazımdır. Əsasən də yağlı yeməklərin qəbulundan sonra
ağartı məhsulları mədəyə yüngüllük gətirir ki, bu da həzmin
yaxşılaşmasına səbəb olur.
Həzm sistemində olan problemlərdən
şikayətlənənlərin oruc tutarkən diqqətli olmaları lazımdır. Çünki
uzun müddət ac qalmaq mədədə əgər yaralar varsa, onların daha da
inkişaf etməsinə şərait yarada bilər.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı