Ekopublika.az
“Premium Euro-95” niyə bahalaşdı- RƏY
Avqustun 6-dan etibarən Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti 4 qəpik artaraq 1 litr üçün parəkəndə satış qiyməti 0,97 manat olub. Buna səbəb nədir?
Pudblika.Az-ın sualina cavab verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, yerli bazarda yüksək oktanlı benzinin qiymətinin artması 2 amillə bağlıdır: “Birincisi, idxal olunan benzinin qiymətindəki artımlar və ikincisi, əvvəllər stimullaşdırıcı vergi yükünün nisbətən azaldılması.Belə ki, 1 aprel tarixdən Ai-95 və Ai-98 markalı benzinlərin qiymətləri yerli bazarda artıq Tarif Şurası tərəfindən tənzimlənən mallar sırasından çıxarııb. O zaman bildirilmişdi ki, bunun nəticəsində azad bazar qanunları nəticəsində həmin məhsullar ölkəyə idxal olunacaq və rəqabət mühitində qiymətləri formalaşacaq. Ancaq stimullaşdırıcı hal kimi yanacağın idxalında və onun aksiz dərəcələrində kifayət qədər “endirimlər” edilmişdi ki, yerli bazarda birdən-birə Avropadakı kimi qiymətlər ortaya çıxmasın. Nəticədə, hətta Ai-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək ucuzlaşdı”.
İ.Şaban deyir ki, Azərbaycana idxal olunan yanacaq Batumdan müvafiq olaraq Yunanıstan və Rumıniya treyderlərindən alınır. Avropada iyul ayının ikinci hissəsindən avtomobil yanacağının qiymətində artım baş vermişdi: “Baxmayaraq ki, dünya bazarlarında neftin qiymətində enmələr müşahidə olunurdu. Bu da onunla əlaqədar idi ki, neftayırma zavodlarının əksəriyyətində iyun ayından başlayaraq plana uyğun təmir işlərinə start verilmişdi. Bu səbəbdən də qiymət artımı bütün Qərb bazarlarında özünü göstərirdi. Təkcə Gürcüstan bazarında artım ay ərzində 2 sentə yaxın olmuşdu”.
Iqtisadiyyat şöbəsi
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO