Ekopublika.az
Kirayə bazarında qiymətlər yenə qalxdı – TƏHLİL
Kobud hesablamalara əsasən hazırda paytaxtda yüz mindən artıq ailə kirayədə yaşayır. Bazarda əməliyyatlarının həcmi 45 milyon manat həcmində dəyərləndirilir. Relitorların monitorinqlərinə əsasən, ildən-ilə genişlənən bu bazarda son aylar qiymətlər artıb. Konkret qiymətlərin hər kv.m-ə görə 0,67% artaraq 11.95 $/kv.m-dən 12.03 $/kv.m-ə qalxdığı bildirilir.
Bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində azalma var
İqtisadçı-ekspert Nüsrət İbrahimov Publika.az-a açıqlamasında keçən ay kirayə mənzil bazarında aktivliyin azalması nəticəsində qiymətlərin 775 $/mənzil-dən -10,58% azalaraq 693 $/mənzil, bazarda əməliyyatların sayının isə 170-dən 1,76% artaraq 174 ədəd təşkil etdiyini deyir: “Nəzərə alsaq ki, iyul ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində azalma qeydə alınıb, o zaman hər kv.m-ə görə qeyd edilən artmanı normal hesab etmək olar. İyul ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000$-dan yuxarı) payı -17,5% azalaraq 18,5%, ucuz evlərin (aylıq kirayə haqqı 500$-a qədər) payı isə 28,6% artaraq 40.4% olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq -18,9% azalaraq 41,0% təşkil edib.
Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub. Tələb portfelinin bir qismini isə qısamüddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib”.
İyul ayında bahalı mənzillərin qiymətində və sayında azalma müşahidə edilib
Bazarda təklifdən bəhs edən iqtisadçı deyir ki, iyul ayında kirayə mənzil bazarında təklifin həcmi -4,3% azalaraq 178 mənzil təşkil edib: “Təklif portfelində azalmanın əsas səbəbini əksər mənzil sahiblərinin mənzilin uzunmüddətli kirayə verilməsi üçün tələbə mövsümünü gözləməsi ilə izah olunur.
Ay ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub”.
Onun sözlərinə görə, 2014-cü ilin iyul ayı ərzində təklif portfelinin strukturunda da dəyişiklik qeydə alınıb. Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000$-dan yuxarı olan mənzillərin 80-85%-i mərkəzi rayonlarda, yəni I və II zonalarda təklif edilib: “Qalan 15-20%-in mütləq hissəsini isə şəhərin III və IV zonalarında yerləşən mənzillər təşkil edib. Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. İyul ayında bahalı mənzillərin qiymətində və sayında azalma müşahidə edilib. Portfel strukturunda və qiymətlərdə belə dəyişiklik, bazarda yaranmış yaz-yay fəslinə xas olan durğunluğun nəticəsidir. Təklif portfelinin zonalar üzrə bölgüsündə II zonadan fərqli olaraq, I və III zonalarda artma müşahidə edilib.
Əhalinin əksər hissəsinin III zonaya maraq göstərdiyindən bu zonanın təklif portfelində payının artmasını normal hesab etmək olar.
“Qiymət tələbə uyğun dəyişib”
N.İbrahimov deyir ki, mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib. Əgər ötən ilin iyul ayında kirayə mənzil bazarında orta qiymət 713 $/mənzil və ya 10.6$/kv.m təşkil edirdisə, 2014-cü ilin müvafiq ayında qiymət 693 $/mənzil və ya 12.03 $/kv.m təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində -10,58% azalma, 1 kv.m sahənin kirayə qiymətində isə 0,67% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində azalma kirayə verilən evlərin sahəsinin az olması ilə izah edilir.
Zonalar |
mart 2014 |
iyul 2014 |
artım, % |
I zona |
14.41 |
15.18 |
5.3 |
II zona |
11.72 |
11.74 |
0.2 |
III zona |
10.52 |
9.01 |
-14.4 |
IV zona |
5.70 |
5.72 |
0.4 |
Şəhər üzrə |
11.95 |
12.03 |
0.7 |
Keyfiyyət üzrə mənzilin kirayə qiymətlərindən söz açan iqtisadçı-ekspert bildirir ki, “elit” mənzillərin qiyməti 1589 dollar olub. Halbuki iyun ayında bu qiymət 1632 dollar olub: “Elit” və “biznes” yaşayış mənzillərinin kirayə qiymətlərinə uyğun olaraq əqdlərin sayında da azalmalar müşahidə edilib. Ay ərzində “kütləvi” yaşayış mənzillərində bahalaşma olub. İyun ayında 485 dollar olan qiymət iyulda 492 dollara yüksəlib.
Ay ərzində kirayə mənzil bazarında orta qiymətin azalması bazarında təklif olunan mənzillərin sahəsinin azalması və yaz-yay aylarındakı mövsümi zəiflik ilə bağlı olub”.
İqtisadiyyat şöbəsi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO