Ekopublika.az
“Şahdəniz” yatağında hasilat nə qədər azalıb?
2014-cü ilin birinci yarısında “Şahdəniz” yatağından 4.75 milyard kubmetr təbii qaz və 1.2 milyon ton kondensat hasil edilib.
BP-Azərbaycan şirkətindən Publika.az-a verilən məlumata görə, təbii qaz hasilatı keçən ili analoji dövrü ilə müqayisədə 1.04%, kondensat hasilatı isə 11.1% azalıb. 2014-cü ilin yanvar-iyununda orta gündəlik hasilat 26.2 milyon kubmetr qaz və 49 757 barel kondensat təşkil edib. 2006-cı ilin iyunundan 2014-ci ilin 30 iyununa qədər “Şahdəniz” yatağından 52.7 milyard kubmetr qaz və 13.6 milyon ton kondensat hasil olunub.BP-Azərbaycan şirkətinə görə, hazırda “Şahdəniz” yatağında hasilat sistemlərinin maksimal gücü gündə 27.35 milyon kubmetr təbii qaz və 55 min barel kondensatdır.
Qeyd edək ki, 2013-cü ildə “Şahdəniz” yatağında 9.8 milyard kubmetr qaz, 2.48 milyon kondensat hasil edilib. Cari tənəzzül kiçikdir və ilin ikinci yarısında bərpa edilmək ehtimalı var. Lakin qaz kondensatı hasilatının azalması ciddi problemdir.
İqtisadiyyat şöbəsi
-
İdman02:43
Messi tanınmış brendi reklam etdi: axtardığımı tapdım - FOTO
-
Sağlamlıq02:19
Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
-
Qoroskop00:35
Günün qoroskopu: mühüm işə və ciddi danışıqlara başlamayın
-
Kriminal24 May 23:37
9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama
-
Magazin124 May 23:13
Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə REAKSİYA
-
Nida Xəbər 24 May 23:00
Paşinyan açıqladı: Bu gündən etibarən....
-
Elm və təhsil24 May 22:00
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB
-
Magazin124 May 21:20
Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu - VİDEO