Ekopublika.az
2022-ci il dünya iqtisadiyyatı üçün asan olmayacaq
“ABŞ və Avropa İttifaqı Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir. Ağ Evdən verilən məlumata görə, ABŞ prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq”.
Publika.az">Publika.az xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.src="/storage/files/upload/d6db000f423074721d30f7433969d42fe35a2a9f.jpg" style="width: 775px; height: 542.5px;" class="fr-fic fr-dib fr-fil">Deputat bildirib ki, Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paketini hazırlayır: “Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsindən gedir. Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün “Brent” markalı neftin 1 bareli 4% bahalaşaraq 112 dollara çatıb. OPEC-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub”.
V.Bayramov vurğulayıb ki, ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da, investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir: “Bu isə ondan xəbər verir ki, 2022-ci il dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındakı qiymət artımları məhsul qıtlığı ilə də müşayiət olunur”.
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu




































.jpg)