Ekopublika.az
Hər bir istehlakçı ayda neçə manatlıq əmtəə alır?
Yanvar-iyul aylarında ticarət səbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 179,7 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,0 manat çox əmtəə alınıb.
Publika.az xəbər verir ki, əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2013-cü ilin yeddi ayı ilə müqayisədə 46,2 faizdən 49,5 faizədək yüksəlib. Pərakəndə şəbəkədə satılmıs qeyri-ərzaq mallarının həcmi 15,0 faiz artaraq 5,8 milyard manata çatıb. Əmtəə dövriyyəsi üzrə real artımın 78,8 faizi qeyri-ərzaq mallarının satısı hesabına təmin edilib. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 50,5 faiz təskil edərək 6,0 milyard manata bərabər olub. 2013-cü ilin yanvar-iyul aylarının səviyyəsini 3,5 faiz üstələyib. Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakənd ticarət müəssisələrində orta hesabla ayda 90,7 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 89,0 manatlıq qeyri-ərzaq malları alıb. 2013-cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 13,3 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 2,7 manata bərabər olub. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət səbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi qida məhsulları, içkilər və tütün məmulatlarının, 18,5 faizi toxuculuq malları, geyim və ayaqqabıların, 4,1 faizi elektrik malları və mebelin, 0,7 faizi kompyuter avadanlıqları, kitab və digər çap məmulatlarının, 1,4 faizi əczaçılıq və tibbi malların, 7,6 faizi avtomobil yanacağının, 17,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olub.
İqtisadiyyat şöbəsi
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO