Ekopublika.az
BTC ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
Avqust ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.
Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql edilib. Cari ilin yanvar- avqust aylarında bu kəmərlə 19 milyon 570 min 007 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il sentyabr ayının 1-ə qədər BTC-yə 254 milyon 886 min 511 ton neft vurulub.
Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Şirkətdən o da deyilir ki, avqust ayı ərzində 2 milyon 214 min
981 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına
çıxarılıb. (Bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan
Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin
yanvar- avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin
həcmi 19 milyon 34 min 448 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il sentyabr
ayının 1-ə qədər Ceyhan limanından 252 milyon 178 min 362 ton
Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO