Ekopublika.az
Azərbaycan Dünya İqtisadi Forumunda təmsil olunacaq
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 10-12-də Çin Xalq Respublikasının Tiançin şəhərində Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edəcək.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, xüsusilə də İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirə olunacaq.
Sammit çərçivəsində iştirakçılara Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər haqda ətraflı məlumat təqdim ediləcək, müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq, həmçinin Azərbaycan üçün prioritet hesab olunan və BMT-nin Baş Assambleyasının qətnamələri ilə siyasi dəstək almış “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan “Avrasiya Rabitə Alyansı” (Eurasian Connectivity Alliance - EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılacaq.
Tədbir zamanı panel iclaslarda iştirak etməklə yanaşı, Ə. Abbasov digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək və ölkələr arasında müvafiq sahələr üzrə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcək.
Bundan əlavə, nazir BMT-nin Baş katibi yanında yaradılan Genişzolaqlı İnkişaf üçün Komissiya ilə birlikdə 2015-ci il yanvarın 22-də Davosda keçirilməsi planlaşdırılan sessiyaya hazırlıq və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə bu ilin dekabrın 2-də Bakıda keçiriləcək “Bakutel-2014” sərgi-konfransı ilə bağlı müzakirələrdə iştirak edəcək.
Gülnar Əliyeva
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü