Ekopublika.az
Rusiyadan Avropa və ABŞ-a daha bir neçə qadağa
Rusiya Avropa Birliyinin sanksiyalarına cavab olaraq qidadan sonra avtomobil və geyimin idxalına qadağa tətbiq etməyi müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə Vladimir Putinin iqtisadi məslələr üzrə köməkçisi Andrey Belousov bəyan edib. O bildirib ki, Rusiya sanksiyalara cavab olaraq embarqonun ikinci dalğasına Amerika və Avropadan geyim, avtomobil, ağac məhsulları idxalını daxil edə bilər: “Avtomobillərin idxalını qadağan edə bilərik. Çünki Rusiyanın özündə bütün növlər üzrə avtomobil istehsal edilir. Eləcə də üst geyimlərini, kostyumların qadağası müzakirə mövzusudur. Ağac məhsullarından MDF-nin idxalının embarqo siyahısına daxil edilməsi istisna deyil. Bundan əlavə xarici maliyyə xidmətləri qadağan oluna bilər. İnanın, Rusiya bankları bunun üçün bizə ancaq sağ ol deyəcəklər”
O da məlum olub ki, embarqoya ayaqqabı idxalı daxil edilməyəcək.
Prezidentin köməkçisi ölkədəki qiymət artımına toxunaraq, sanksiyaların burada rol oynamadığını deyib: “Qiymət artımları ilin birinci yarısını əhatə edir. Embarqo qərarı isə ikinci rübdə verilib. Bazar sabitdir, hələlik hansısa mənfi təsirlər görmürük. Bütün sahələrdə sanksiyalara qarşı cavabımız var. Bunlar reallaşdırılacaq”.
Belousov Rusiyanın cavab sanksiyasının tam şəkildə nədən ibarət olacağını açıqlaya bilməyəcəyini deyib.
Xatırladaq ki, sentyabrın 12-də Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsini rəsmiləşdirib. Sanksiya paketi Rusiyanın iri dövlət banklarını likvidliklə təmin etməyi qadağan edir. Eləcə də neft şirkətlərinin xaricdən maliyyə almaq imkanlarını qapadır. Bundan əlavə Avropa Birliyi Ukraynanın və Rusiyanın 24 yetkilisinin adını qara siyahıya salıb. Bununla da 119 şəxsin adı birliyin qara dəftərinə düşüb.
Avropa Birliyindən sonra Amerika da yeni sanksiyalarını açıqlayıb. ABŞ-ın yeni sanksiyaları “Siberbank”, ”Banka Moskva”, “Qazprombank”, ”VTB Bank” və digərlərini əhatə edib. Bütün banklar üçün uzunmüddətli verilən kreditlərin müddəti azaldılıb.
İqtisadiyyat şöbəsi
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR