Neftin qiymətini nə ucuzlaşdırır? – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Neftin qiymətini nə ucuzlaşdırır? – Açıqlama

Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmaqdadır.

Brent markalı neft hazırda 96 dollar təşkil etməkdədir. Bu da son illərin ən aşağı qiymətidir. Xatırladaq ki, sentyabrın 11-də bu qiymət 96 dollar 72 sent təşkil etmişdi.

Qara qızılın ucuzlaşmasına münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, neftin qiymətinin düşməsi davam edə bilər: “Neftin qiymətinin düşməsi Amerikada baş verən hadisələrlə bağlıdır. Son bir neçə ayda ABŞ neft hasilatını durmadan artırır. Hasilatda rekordu təzələyib, neft idxalını isə azaldır. Amerikaya yönələn neft Avropa bazarına axır. Bunun nəticəsində də Avropa bazarında təklif tələbi üstələyir. Brent markalı neft ucuzlaşır. Bundan əlavə, İraqda, Liviyada ixracla bağlı problem yoxdur”.

İ.Şaban deyir ki, siyasi risklərin azalması neftin qiyməti ilə bağlı spekulyativ amilləri gündəmdən çıxarır. Neftin qiymətinin yenidən 100 dolları keçib-keçməyəcəyinə gəlincə, İ.Şaban bildirir ki, neft ela xammaldır ki, onun qiymətinə 10-a yaxın faktor təsir edir: “Burada siyasi, iqtisadi, təbii, uzunmüddətli proqnozlar, insan faktoru rol oynayır. Neftin uzunmüddətli dövr üçün proqnozlarını vermək çətindir. Məsələn, analitiklər bildirir ki, Rusiya kimi ölkə bu gün neftin qiymətinin 100-115 dollara qalxması üçün ümidini hansısa müharibəyə bağlaya bilər. Stabillik olduğu halda buna ümid etmək olmaz. 2010-cu ildən sonra neftin qiyməti uzun müddət 110 dollar ətrafinda stabilləşmişdi. Bu, neftin real qiyməti deyil. Real qiymət 90-95 dollardır. 110 dollar isə spekulyativ , siyasi risklərin yaratdığı qiymətdir. 2010-cu ildən sonra baş verən Ərəb baharı, Yaxın Şərqdəki təlatümlər neft bazarını daim çalxalayırdı. Neftin qiymətini 110 dollardan aşağı düşməyə qoymurdu. Amerikanın təşəbbüsü ilə bu çalxalanma dayandırılıb. Qara qızıl da öz real qiymətinə qayıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm