Ekopublika.az
Ötən ay 4500-ə yaxın vergi ödəyicisi qanunvericiliyi pozub
2014-cü ilin yanvar ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4493 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə
verilən məlumata görə, 2439 vergi ödəyicisi tərəfindən nağd
hesablaşmaların aparılması qaydalarının pozulduğu, 643 vergi
ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş
vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət
müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya
dəyişdirildiyi, 718 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya)
tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan
məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 433 vergi ödəyicisi tərəfindən
640 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb
edildiyi, 194 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan
avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 68 vergi ödəyicisində
aksiz markaları ilə müvafiq qaydada markalanmamış 298 ədəd mal
olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı