Ekopublika.az
Avropa Birliyi dünyanın böyük şirkətlərinə qarşı istintaqa start verdi
Avropa Birliyi (AB) “Apple” və “Fiat” kimi şirkətlərin birlik daxilində vergi qaçaqmalçılığı etdikləri iddiası ilə istintaqa başlayıb.
Publika.az xəbər verir ki, Avropa Birliyinin Rəqabət Komissiyası ilk olaraq Amerikanın texnologiya nəhəngi “Apple” ilə İrlandiya arasında 1991-2007-ci illərdə əldə edilən vergi razılaşmasını araşdırmağa başlayıb. Komissiya vergi razılaşmalarının AB-nin qaydalarına uyğun gəlmədiyini irəli sürüb.
Hesabatda o da bildirilir ki, “Apple” İrlandiya ilə vergi razılaşması bağlamaqla milyonlarla dollar qeyri-qanuni qazanc əldə edib. Komissiya Hollandiyadan “Starbucks” və Lüksemburqun “Fiat” la əldə etdiyi xüsusi razılaşma haqqında məlumatları istəyib.
Lüksemburqun “Fiat”a göstərdiyi dövlət yardımının Avropa Birliyinin qaydalarına zidd olduğu deyilir. Lüksemburq hökuməti isə Avropa Komissiyası ilə əməkdaşlıq etdiyini və bu iddiaların əsassız olduğunu bildirir.
İstintaqın sonunda iki böyük şirkətin vergi borcları ilə qarşılaşacağı gözlənilir. Amma dövlət yardımı göstərildiyi halda şirkətlərə vergi cəzası kəsilməyəcək.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO