Ölkədə işsizlik 5 faiz səviyyəsindədir
Bizi izləyin

Ekopublika.az

Ölkədə işsizlik 5 faiz səviyyəsindədir

“2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb”.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev söyləyib. O deyib ki, ölkədə işsizlik 5 faiz səviyyəsindədir: “Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada, əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol oynayır. Çünki hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər böyük yer tutur.

Baxmayaraq ki, ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, ancaq ixrac potensialımızın böyük əksəriyyəti neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması, əlbəttə ki, işsizliyin səviyyəsinin aşağı düşməsinə xidmət göstərib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm