Ekopublika.az
Xarici ticarətdə 16,4 milyard dollarlıq müsbət saldo yaranıb

Yanvar-avqust aylarında ölkənin rezidentləri dünyanın 139 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.
105 ölkəyə əmtəə ixrac olunub, 126 ölkədən idxal edilib.
Publika.az xəbər verir ki, xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləri olub. Xarici ticarət dövriyyəsi 27,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 22,0 milyard dollar, idxalın həcmi 5,6 milyard dollar təşkil edib. Nəticədə, 16,4 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,1 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 117,0 dollara bərabər olub.
İqtisadiyyat şöbəsi

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı