At ətini, it ətini yeyərək, vərəmi, xərçəngi necə satın alırıq? - Azərbaycanda dönər dəhşəti
Bizi izləyin

Ekopublika.az

At ətini, it ətini yeyərək, vərəmi, xərçəngi necə satın alırıq? - Azərbaycanda dönər dəhşəti

At ətini, it ətini yeyərək, vərəmi, xərçəngi necə satın alırıq? - Azərbaycanda dönər dəhşəti

Azərbaycanda, ən çox ayaqüstü yeyilən yeməklərdən biri də dönərdir. Dönər, görünüşü, ləzzəti, hətta dönərçinin qarşısından keçərkən ətri ilə insanı özünə cəlb etməyi bacaran ayaqüstü yeməkdir.

Bəs yaxşı, yediyiniz dönərin hansı ətdən və ya nə ətindən hazırlandığını bilirsinizmi?

Türkiyə dönərin vətəni hesab edilir və Azərbaycanda xüsusilə geniş yayılıb. Demək olar ki, bütün kafe və restoranlarda ən çox satılan ayaqüstü yemək dönərdir. Dönər nə qədər insana xoş gəlsə də, sevməyənləri və necə hazırlandığını bilən insanlar da az deyil. Hətta bəzi insanlar necə və nə ətindən hazırlandığını bildikləri halda, dönər yeməyə davam edirlər.

Amma uzun müddətdir ki, dönərlə bağlı mübahisələr, istifadə edilən ətlərin mənşəyi ilə bağlı idialar irəli sürülür.

Publika.Az dönərlə bağlı xüsusi araşdırma aparıb.

Məlum olduğu kimi dönərin hazırlandığı yer ayrıca olaraq təmiz olmalıdır. Anti-sanitarik yerdə hazırlanarsa, xərçəng xəstəliyi belə yarada bilər. Dönərin közdə və ya işıq istisində bişməsində də fərqlər var. Amma hər ikisi də insan sağlamlığı üçün böyük təhlükə yaradır.

Dönər ətlərinin bir çoxunun Hindistandan gətirildiyi, Azərbaycanda isə ölü heyvan ətlərindən hazırlandığı ifadə edilir. Dönər yeməyin zərərləri kömürdə bişən dönərin, odla təması halında kanserogen (xərçəng xəstəliyini törədən amillər) riski yaradır.

Gün boyu bitməyən dönərin bir gün sonra təkrar satılması isə ölümcül qida zəhərlənməsinə yol aça bilər. Ümumiyyətlə, dönər çalışıldığı qədər az istilikdə bişməli və ən azı istilikdən 15 sm uzaq olmalıdır. Dönərin ucuz başa gəlməsi üçün dönərçi, müəyyən qədər qənaət edərsə, dönər daha da zərərli olar.

Məsələn, köhnə ət, keyfiyyətsiz tərəvəzlər, solmuş göyərti və s. İnsan dönər yemək üçün bütün bunları nəzərə almalıdır. Hər şeydən əvvəl isə öz sağlamlığını. Hazırlanması toyuq kəsimi və parçalanması olunan yerlərdə, zibilə atılması lazım olunan hissələri və dərisi, bəzi işçilər tərəfindən yığılaraq dönərçilərə satılır.

Hətta artıq ətlərin dadı hiss olunmasın deyə, ətə bəzi baharatlar vasitəsi ilə xüsusi ləzzət qatılır. Satılmamış-yəni dünəndən qalan dönər isə farş halına gətirilir. Sonra da təzə dönərin içinə farş formasında əlavə olunur.

Dönər bıçağının tez–tez itilənməsi insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları, adətən, poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəkilində qalır. Fikir versəniz görərsiniz ki, dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edir. Bu, çox böyük təhlükədir.

Gözlə görünməməsi onun zərərli olmaması demək deyil. Çünki öldürücü mikroblar da gözlə görünmür. Ədviyyatlara dönərin hazırlanmasında 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Belə duzları yeməyin üzərinə əlavə etmək yol verilməzdir.

Bu, insan həyatı üçün çox təhlükəlidir. Amma dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.

Həkimlərin rəyi

Tibb Elmlər Namizədi Aman Mehdiyev Publika.Az –a dönər ilə bağlı şok açıqlamalar verib:

“Dönərçilər ən azı hər altı aydan bir müayinədən keçməlidir. İstər gigiyena, istərsə də xəstəlik cəhətdən bu insanların təmiz olması əsas şərtdir.

Bəzi dönərçilər vərəm, hepatit kimi xəstəlik daşıyırlar. Bunlar xəstə sayılmır, amma daşıyıcılarını kiməsə yoluxdura bilərlər. İctimai iaşə müəssələrində çalışan insanlar sanitar epidemioloji stansiyalar tərəfindən çox ciddi nəzarətdə olmalıdır.

Onların bununla bağlı kitabçaları da var və hər altı aydan bir ciddi müayinədən keçməlidirlər. Dönər çox sağlam heyvanların ətindən hazırlanmalıdır. İstər toyuq, qoyun, istərsə də mal heyvanı olsun, heç fərq etmir.

Sağlam olması ilə yanaşı, xüsusi olaraq həkim nəzarətindən keçməsi də əsas şərtlərdən biridir. Sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində “askarida” və digər qurd yumurtaları olur. Askarida qurdunun yumurtası müəyyən dərəcə istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı dərəcədə ölürlər.

Bir sözlə, dönər çiy olarsa askarida yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen (kanser – rak - xərçəng) xəstəliyi yaradır. Ümumiyyətlə, dönər insan həyatına kəskin şəkildə ziyan vurur”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm