Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
Bizi izləyin

Ekopublika.az

Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı

Amerikanın “Forbes” jurnalı dünya milyarderlərinin illik reytinqini dərc edib və böyük sərvətlərin haradan gəldiyini şərh edib.

Publika.az xəbər verir ki, jurnalın yazdığına görə, “istər birbaşa investisiyalar, istər hedcinq fondları, istərsə də vençur kapitalı olsun, maliyyə sektorunda işləmək dünyanın ən varlı insanlarını bu qədər sərvət sahibi edən ən məşhur üsuldur”.

“Faktiki olaraq, təxminən hər altıncı milyarder və ya sayı 15 faizdən bir qədər çox olan varlılar pullarını maliyyə və investisiya sahəsində qazanıblar”, məqalədə qeyd olunur.

Bundan əlavə, texnologiya da varlıların ən böyük “çörək ağaclarından” biridir.

Jurnal yazır: “Texnologiya sahəsi 342 nəfəri milyarder edib – bu rəqəm keçən illə müqayisədə 29 nəfər çoxdur ki, bu da sözügedən sahəni milyarderlər arasında ikinci ən populyar sənayeyə çevirib”. Bu kateqoriyadakı milyarderlər arasında Ceff Bezos və Mark Zükerberq də var (jurnal İlon Maskı avtomobil sənayesinə aid edib).

“Forbes”un məlumatına görə, istehsal biznesi də 328 milyarderə ağlasığmaz sərvət qazandırıb.

Nəhayət, moda və pərakəndə satış 285 milyarderlə dördüncü yerdədir”, - jurnal yazır. Bu siyahıya dünyanın ən varlı adamı, “Christian Dior”, “Louis Vuitton” kimi lüks markaların sahibi fransız Bernard Arno rəhbərlik edir. Onun sərvətinin 210 milyard avrodan çox olduğu təxmin edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm