Ekopublika.az
Mobil operatorlar yoxlanılacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) operatorların göstərdiyi telekommunikasiya xidmətlərinin keyfiyyətinin monitorinqini aparacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.
Onun sözlərinə görə, daha əvvəl mobil rabitə operatorlarının şəbəkələrinin sınaqdan keçirilməsi nəticəsində ciddi səhvlər aşkarlanmışdı, bununla əlaqədar nazirlik daha dərin analiz üçün kənar şirkətin xidmətlərini cəlb etmək niyyətindədir.
İ.Məmmədov qeyd edib ki, ilkin məlumata görə, monitorinq 2015-ci ilin əvvəlində start götürəcək və Bakının mərkəz küçələrini, ətraf ərazilərini əhatə edəcək: "3 mobil operatorun şəbəkələrinin monitorinqi çərçivəsində göstərilən səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyəti yoxlanılacaq".
Nazir müavini əlavə edib ki, RYTN sadalanan xidmətləri sınaqdan keçirəcək ABŞ şirkəti ilə danışıqlar aparır: "Nazirlik həmin şirkətlə əməkdaşlığın iki variantını nəzərdən keçirir. Birincisi, uzunmüddətli müqavilə çərçivəsində mütəmadi yoxlamaların keçirilməsini, ikincisi isə sistemin müstəqil monitorinqinin aparılması üçün avadanlığın alınmasını nəzərdə tutur. Hər iki variantda yoxlama işləri daimi xarakter alacaq".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR