Ekopublika.az
Azərbaycanla Qətər arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanın Qətərdəki səfirliyi bu ölkənin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaiti ilə görüş keçirib.
Səfirlikdən bildiriblər ki, görüşdə nazir Cassim Saif Əhməd
Al-Sulaitiyə ölkəmizin nəqliyyat infrastrukturu barədə məlumat
verilib. Bildirilib ki, 2011-ci ildə Azərbaycanın nəqliyyat
nazirinin Qətər dövlətinə etdiyi rəsmi səfəri çərçivəsində
ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları
müzakirə edilib.
Cassim Saif Əhməd Al-Sulaiti yeni formalaşan nazirliyin beynəlxalq
əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Qətər Dövlətinin Baş
naziri ilə keçirdiyi görüşdə Azərbaycan Respublikasının da
əməkdaşlıq üçün prioritet ölkələr sırasına daxil edilməsinin
tövsiyə olunduğunu bildirib. O, qarşılıqlı sərmayə imkanları,
biznes dairələrinin əməkdaşlığı və təcrübə mübadiləsinin aparılması
məqsədilə yaxın gələcəkdə ölkəmizə səfər etmək niyyətində olduğunu
deyib.
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı