Ekopublika.az
Avropa “Nabucco”nu yenidən gözdən keçirməlidir - Putin TANAP-ı ələ keçirir
Putinin “Cənub axını”ndan imtina etməsi bu siyasətçinin şahmat fiqurları ilə çox məşğul olduğunu göstərdi. O, gözlənilmədən addımlar atır. Bütün Avropa Rusiyanı sıxışdırdığı vaxt Putin qəfil dönüş etdi və bütün kartları qarışdırdı.
Publika.az xəbər verir ki, Argentinanın “El Cronista” nəşri
Ankarada keçirilən Putin - Ərdoğan görüşünü şərh edərək “Cənub
axını”ndan qəfil imtinanın geosiyasi nəticələrini
araşdırıb.
Rusiya lideri Kremlin iqtisadi gücünü artırmaq və avropalı
siyasətçilərin təzyiqlərinə alternativ üçün Avropanın qaz
asılılığını saxlamağa çalışırdı. Belə məqamda “Cənub axını”ndan
imtina şok effekti yaratdı. Putin nə etmək istəyir? Beyinlərdə bu
sual var, lakin cavabın nə olduğunu heç kim bilmir.
Nəşr Avropanın aldanıldığını düşünür və hesab edir ki, Rusiya
Azərbaycan qazının daşınması üçün Bakı və Ankaranın birgə layihəsi
olan “Cənub qaz dəhlizi”nı ələ keçirmək istəyir. Rusiyanın Ankara
və Bakı ilə yaxınlaşmasının arxasında bu dayanır. Əks təqdirdə,
Kreml bu qəfil gedişi etməz və indiki vaxtda Türkiyəyə 6 faiz
ucuzuna qaz satmazdı.
“El Cronista” Avropaya çıxış yolu kimi arxivə qoyulmuş
“Nabucco”nu yenidən diriltməyi göstərir.
Avropa Birliyi Türkmənistan və Azərbaycan qazının çatdırılması üçün
“Nabucco” qaz kəmərinin tikintisini yenidən gözdən
keçirməlidir.
Asif Nərimanlı
-
Rəsmi xronika13:39
Milli Məclis Prezident və xanımını təbrik etdi
-
MDB13:26
Baş komandandan Putinlə bağlı ŞOK ETİRAF
-
Sosial13:11
Gənclər buna görə evlənə bilmir - Fazil Mustafa
-
İdman12:36
Həyat yoldaşına azərbaycanlı futbolçu ilə xəyanət edib: Qeyri-qanuni qızımız var - VİDEO
-
Sosial11:45
Qənirə Paşayevanı o əvəz etdi - Parlament təsdiqlədi
-
Sosial11:21
Azad edilən Əskiparadan ilk görüntülər - Video
-
Nida Xəbər 10:56
Oyun bitdi, artıq Cənubi Qafqazda... - Hikmət Hacıyev
-
İdman10:34
Səhər qəhvə əvəzinə prosekko içəndə: Dünya çempionundan alovlu rəqs - VİDEO/FOTOLAR