Baş komandandan Putinlə bağlı ŞOK ETİRAF
Bizi izləyin

MDB

Baş komandandan Putinlə bağlı ŞOK ETİRAF

Qərb ölkələri Ukraynanı Rusiyanın istehsal etdiyi həcmdə silahla təmin edə bilməz.

Publika.az xəbər verir ki, bu fikri İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden Almaniyanın RND qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Putin Rusiya iqtisadiyyatını müharibəyə elə hazırlayıb ki, biz bunu bacarmırıq.

Büden əlavə edib ki, Rusiya ordusu həm hərbi, həm də şəxsi heyət baxımından hələ də böyük potensiala malikdir və bu, Ukrayna Silahlı Qüvvələri üçün cəbhə xəttində vəziyyəti daha da çətinləşdirir. Onun sözlərinə görə, son bir neçə ayda Ukrayna münaqişəsi dalana dirənib və bu səbəbdən də illərlə uzana bilər.

Rusiya dəfələrlə bəyan edib ki, Kiyev birbaşa NATO-ya üzv dövlətləri münaqişəyə cəlb edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun dediyi kimi, Ukrayna üçün silah olan bütün yüklər Rusiya qoşunları üçün qanuni hədəf olacaq. O vurğulayıb ki, Birləşmiş Ştatlar və NATO həm silah və sursat tədarükü, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadr hazırlığı ilə münaqişədə birbaşa iştirak edir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm