Ekopublika.az
“Vosmoy” bazarı satılır - səhmin biri 60 qəpik
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr Ticarət Mərkəzi” SC-nin səhmlərinin 99,89 faizinin satılması üzrə investisiya müsabiqəsi elan edib.
Publika.az komitəyə istinadən bildirir ki, 514,981 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayələrin həcminin 5 faizini isə SC-nin hesabına köçürməlidir.
Müsabiqə təklifləri 2015-ci il yanvarın 14-dək qəbul ediləcək və yanvarın 16-da qiymətləndiriləcək.
Nəzərə catdıraq ki, “8-ci kilometr Ticarət Mərkəzi” SC-nin səhminin 1 ədədinin satışı təxminən 60 qəpik edir.
Hökumət SC-i bərpa etməklə son 14 ildə üçüncü dəfədir Bakıda fəaliyyət göstərən 4 saylı bazarın hüquqi-təşkilati formasına yenidən baxır.
Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin iyul ayında “Ticarət Mərkəzi-4” MMC-nin hüquqi-təşkilati formasını səhmdar cəmiyyətə dəyişib, bu zaman onun adı da dəyişdirilib. MMC 2008-ci ilin fevral ayında, eyni adlı SC məhkəmə qaydasında ləğv ediləndən sonra formalaşdırılıb. “Ticarət Mərkəzi-4” ASC 2000-2001-ci illərdə yaradılıb və 100% özəlləşdirilib.
Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarında bu SC-nin səhmdarlarının ziyanının ödənilməsi məsələsinə aydınlıq gətirilməyib.
Bu qərardan dərhal sonra müəssisə yenidən dövlət mülkiyyətinə
keçdi. Bəzi səhmdarlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət
etdi. Ancaq hələlik bu işlə bağlı kommunikasiya yoxdur.
2000-ci ildə yaradılanda “Ticarət Mərkəzi-4” ASC-nin nizamnamə
kapitalı (NK) 401563 manat təşkil edirdi. “8-ci km Ticarəm Mərkəzi”
nin NK-ı 1 mln 31 min 82 manat səviyyəsində
müəyyənləşdirilib.
İqtisadiyyat şöbəsi
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...