ABŞ
Dünya çempionları təyyarə qəzasında HƏLAK OLDULAR
Məşqçilər, fiqurlu konkisürmə üzrə dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov Vaşinqtonda baş verən təyyarə qəzası nəticəsində həlak olublar.
Publika.az xəbər verir ki, onların ölümünü Boston fiqurlu konkisürmə klubunun icraçı direktoru Duq Zeqib təsdiqləyib.
“İdmanımız və klubumuz bu faciədə böyük itki verdi. Əldə etdiyimiz məlumata görə, təyyarədə olan idmançılar, məşqçilər və valideynlər arasında Boston Fiqurlu Konkisürmə Klubunun altı üzvü də olub. Biz darıxmışıq, sadəcə olaraq sözümüz yoxdur”, - o deyib.
Zeqib həmçinin qeyd edib ki, Kanzas ştatının Viçita şəhərindən idman düşərgəsindən qayıdan ümumilikdə 14 fiqurlu konkisürən təyyarə qəzasında həlak olub.
Xatırladaq ki, amerikalı fiqurlu konkisürənlər və məşqçiləri daşıyan sərnişin təyyarəsi "Sikorsky H-60" hərbi helikopteri ilə toqquşub. Bu, Vaşinqtonun Reyqan hava limanında 33-cü uçuş-enmə zolağına yaxınlaşarkən baş verib. Sərnişin təyyarəsinin göyərtəsində 60 sərnişin və üç ekipaj üzvü olub, helikopterdə də üç ekipaj üzvü olub.
Hüseyn İbadlı
-
İdman02:12
UEFA Avropa Liqasında bu gün nələr baş verdi?
-
İdman01:56
"Qarabağ" yenə məğlub oldu - YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Böyük risklərdən çəkinin
-
Nəqliyyat30 Yanvar 23:24
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
-
Magazin130 Yanvar 22:36
“Bir hadisə yaşadım, hələ də şokdayam” - FOTO
-
İdman30 Yanvar 22:24
Ronaldo Sumqayıt klubunda - FOTO
-
Sosial30 Yanvar 21:36
Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ - FOTO
-
Nəqliyyat30 Yanvar 21:00
Valideynlərə ŞAD XƏBƏR - Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ