Ekopublika.az
(R) Unibank Azərbaycanda “İlin bankı" elan olundu
Nüfuzlu maliyyə jurnalı The Banker Unibank-ı Azərbaycanda “İlin bankı" elan edib.
Publika.az xəbər verir ki, bu barədə dekabrın 16-da keçirilən təqdimat mərasimində çıxış edən “Unibank”ın icraçı direktoru Cəlal Qasımov məlumat verib.
“Mükafat bankın maliyyə nəticələrinə, innovasiya fəaliyyətinə və
inkişaf strategiyasına əsaslanaraq verilib” – deyə C. Qasımov
vurğulayıb.
Məlumat verilib ki, 2014-cü ilin 11 ayı ərzində “Unibank”ın
aktivləri 17 faiz artaraq 865 milyon 536 min manata, kredit
portfeli də 17 faiz artaraq 696 milyon 895 min manata çatıb.
Hazırda 38 filiala malik olan bank 71.0775 müştəriyə xidmət
göstərir.
Bildirilib ki, bank 11 ay ərzində biznesə verilən kreditlərin
yüksək artımına nail olub. Biznesə dəstəyini 56 faiz və ya 79,9
milyon artıraraq 133,1 milyon manatdan 208 milyon manata
çatdırıb.
Təqdimat mərasimində çıxış edən “Unibank”ın marketinq
departamentinin rəhbəri Yevgeniy Soltanov qeyd edib ki, bank
2015-ci ili “Mətbuat ili” elan edəcək və mətbuat nümayəndələri üçün
bir sıra tədbirlərin və müsabiqələrin təşkili istiqamətində işlər
aparılır.
Sonda tədbir iştirakçılarına “Unibank”ın yeni video çarxı nümayiş
olunub.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı