Ekopublika.az
Məşhur marka Azərbaycandakı mağazalarını bağlayır?
Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "DeFacto" markasına məxsus mağazaların bağlandığı iddia edilir.
Publika.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.
Qeyd olunur ki, hələ bir müddət öncə, şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.
Məlumat üçün bildirək ki, internet resurslarında "DeFacto"nun Azərbaycandakı rəsmi distribyutoru kimi "BrandMart QSC" göstərilib. "Defacto"nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.
Qaynarinfo iddiaları dəqiqləşdirmək üçün "DeFacto"nun Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsa da, internetdə qeyd edilən nömrələr işləməyib.
"DeFacto"nun Türkiyədə yerləşən baş ofisinə də müraciət etdik. Lakin sorğumuzu cavablandırmaqdan imtina etdilər.
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu







.jpg)





.webp)

.jpg)





















