Sosial
Məişət zorakılığının qurbanı olan kişilər ən çox bu rayondadır
2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 413 zərərçəkən qeydə alınıb. Rəsmi məlumatlara əsasən, onların 1 176-sı qadın, 222-si isə kişi olub.
Publika.az xəbər verir ki, ümumilikdə məişət zorakılığından zərər çəkənlərin təxminən 15.7 faizini kişilər təşkil edib.
Zərərçəkən kişilərin sayına görə ilk sırada Abşeron rayonu qərarlaşıb. İkinci və üçüncü yerlərdə isə Sabunçu və Xəzər rayonları yer alıb. Belə ki, Abşeronda 13, Sabunçu və Xəzər rayonlarının hər birində 12 kişi məişət zorakılığının qurbanı olub.
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
“Ailə düzgün qurulubsa, orada belə hallar ola bilməz. Əgər ailə qurarkən müəyyən səhvlərə yol verilirsə, belə hallar baş verir. Səbəb, yəqin ki, şəhərin inkişafı ilə də əlaqədardır. Kəndlərlə müqayisədə şəhərdə nisbətən daha çox müasirləşmə var. Bu baxımdan belə hallar baş verə bilər”, – sakinlərdən biri bildirib.
“Bir xəbərdə oxumuşdum ki, hansısa qadın öz həyat yoldaşını qətlə yetirib. Bir-birini başa düşməmək, sosial və maddi problemlər buna səbəb ola bilər”, – digər sakin deyib.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)








.png)






.jpg)









