Ekopublika.az
ARDNŞ: Bakı-Novorossiysk kəməri ilə neftin nəqli hər iki tərəfin marağındadı
Bakı-Novorossiysk kəməri ilə neftin qarşılıqlı faydalı şərtlər əsasında nəqlinin davam etdirilməsi "Transneft" şirkətinin, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marağındadır.
Şirkətdən bildiriblər ki, hazırda qüvvədə olan müqavilənin vaxtı hələ bitməyib və şirkətlər arasında bununla bağlı intensiv danışıqlar gedir: "Danışıqlar başa çatdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".
Rusiya KİV-in daha əvvəl yaydığı məlumata görə, ARDNŞ "Transneft" şirkətinə Bakı-Novorossiysk kəməri ilə neft nəqli üzrə tranzit müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət edib.
Hazırda Azərbaycandan neft üç neft kəməri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk, eləcə də dəmiryol ilə ixrac olunur. Beləliklə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqlindən imtina edilərsə, neft digər iki neft kəmərinə yönəldilə bilər.
ARDNŞ-dən daha əvvəl bildirmişdilər ki, Bakı-Novorossiysk ilə nəqlin dayanmasından sonra bu marşrut üzrə nəql edilən neftin həcmləri Azərbaycan neftinin əksər hissəsinin ixrac edildiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yönləndiriləcək.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı