Ekopublika.az
2 qəpik bahalaşan benzin və 66 milyon gəlir
Tarif (qiymət) Şurası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxıb və müvafiq tarif tənzimlənməsi aparıb.
Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.
Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində
verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq
sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər
daha az vergi ödəyir, illik vergi birdəfəyə deyil, hər dəfə yanacaq
alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi
orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv
edilir, verginin tam yığılması təmin olunur.
Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif
(qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol
vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin
pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının
pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən
edilib.
TŞ-nın qərarına münasibət bildirən iqtisadçı-ekspert Rəşad
Həsənov bildirir ki, ölkədə illik avtomobil benzini istehlakı
1296,8 min ton və yaxud 1 milyard 800 milyon litrdir: “Bu gün
benzinin qiymətini 2 qəpik qaldırmaqla əldə edilən gəlir SOCAR üçün
təxminən 35 milyon 300 min manat olacaq.
İl ərzində istehlak edilən dizel yanacağı isə illik 1292.3 min ton
və yaxud 1 milyard 600 milyon litrdir. Bu yolla əldə ediləcək gəlir
isə təxminən 31 milyon manat təşkil edəcək”.
İqtisadçının sözlərinə görə, bir il ərzində ARDNŞ-nin vətəndaşlardan yığıb büdcəyə ötürəcəyi əlavə vəsaitin həcmi təxminən 66-70 milyon manata çatacaq: “Beləliklə, neftin ucuzlaşmasından ölkənin 2015-ci ildə itirəcəyi 6-9 milyardın təxminən 0.7-1.1% bu yolla doldurulacaq”.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı