Konsul “Əl-Bəyan” qəzetinə müsahibə verib
Bizi izləyin

Ekopublika.az

Konsul “Əl-Bəyan” qəzetinə müsahibə verib

Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetinə müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, diplomat Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistik dəstək, ticarət, tikinti, infrastruktur, turizm, kənd təsərrüfatı, ərzaq sənayesi, maliyyə xidmətləri, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanlarından bəhs edib. Baş konsul ölkələrimiz arasında əlaqələrin inkişafının bariz nümunəsi kimi Dubay Ticarət və Sənaye Palatasının 2012–ci ildə Bakıda regional ofisinin açılmasını qeyd edib.

Bildirib ki, bu ofis Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin Orta Asiya və Qafqaz bazarında mövcudluğunun təmin edilməsi və Dubay biznes dairələrinin perspektivli bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayır.

P.İsmayılzadə kommunikasiya və logistik dəstək, tikinti, yenidənqurma və infrastruktur, turizm, kənd təsərrüfatı və ərzaq sənayesi, maliyyə xidmətləri, rabitə və informasiya texnologiyaları sektorlarının ortaq investisiya üçün əsas əlverişli sahələr olduğunu qeyd edib.

Baş konsul zəngin təbii sərvətlərə malik Azərbaycanın bir çox amillərə görə investisiya yatırımları baxımından Birləşmiş Ərəb Əmirlikləri şirkətləri üçün cəlbedici olduğunu vurğulayıb.

Azərbaycanın ərzaq məhsullarının ixracı üçün də geniş imkanlara malik olduğunu diqqətə çatdıran diplomat ölkəmizdə turizm sektorunun inkişafını və təbii müxtəlifliyi qeyd edib. O, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri turistləri üçün cəlbedici məkan olduğunu vurğulayıb.

Baş konsul Azərbaycanın Avropa ilə Mərkəzi Asiya və Yaxın Şərq arasında körpü olduğunu, Bakının inkişaf etmiş infrastrukturu sayəsində Xəzər dənizi regionunda logistik mərkəz rolunu oynadığını nəzərə çatdırıb. O, qeyri-neft sektorunun inkişafı, istehsal proseslərinin genişləndirilməsi, hökumətin elmi-tədqiqat işlərini daim diqqət mərkəzində saxlaması və Azərbaycanda insan kapitalının artması barədə də məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm