Ekopublika.az
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
"iPhone Duo" modelində barmaq izi ilə kilidaçma sistemi olan Touch ID-nin işləmə sürəti bəzi texnologiya icmalçılarının narazılığına səbəb olub. Onlar əvvəl istifadə etdikləri Face ID üz tanıma sistemini daha rahat hesab etdiklərini bildiriblər.
Publika.az xəbər verir ki, gecikmənin Apple tərəfindən nəzərdə tutulmuş qısa fasilə ilə bağlı olduğu qeyd edilir.
Telefon niyə dərhal açılmır?
Texnologiya bloqeri Markes Braunlinin izahına görə, istifadəçi yan düyməyə toxunduqda telefon dərhal əsas ekrana keçmir. Əvvəlcə bildirişləri oxumaq üçün kilid ekranında qısa müddət dayanır.
Əsas ekrana daha tez keçmək üçün əvvəlcə ekranı yuxarı sürüşdürmək, sonra barmağı sensora toxundurmaq mümkündür. Lakin bu əlavə hərəkət bəzi icmalçılara əlverişsiz görünür.
Məlumatda "Apple"ın bu davranışı iPad və Mac cihazları ilə eyni istifadə prinsipi yaratmaq məqsədilə tətbiq etdiyi bildirilir.
Jurnalist Coanna Stern bir həftəlik istifadədən sonra da kilidaçma üsuluna alışmaqda çətinlik çəkdiyini deyib. "Mrwhosetheboss" kimi tanınan bloqer isə sensorun nəm və ya yağlı barmaqlara zəif reaksiya verdiyini bildirib.
"PetaPixel" icmalçıları və Brayan Tonq Face ID-dən imtinanı geriyə addım kimi qiymətləndiriblər.
"Gizmodo"nun jurnalisti Reymond Vonq isə qışda Apple Pay vasitəsilə ödənişi təsdiqləmək üçün əlcəyi çıxarmağın lazım gələcəyinə diqqət çəkib. (lent.az)
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov









.jpg)












.jpg)

.jpg)













.jpg)