Ekopublika.az
İnflyasiya artsa, Azərbaycanın büdcə balansı necə dəyişəcək? - Proqnoz
Azərbaycanda inflyasiyanın proqnozlaşdırılan səviyyədən fərqlənməsinin ortamüddətli dövrdə fiskal göstəricilərə təsirinin məhdud olacağı gözlənilir. Bununla belə, inflyasiyanın yüksəlməsi icmal büdcə balansının ÜDM-ə nisbətinin pisləşməsinə, qiymət artımının proqnozdan aşağı olması isə həmin göstəricinin yaxşılaşmasına səbəb ola bilər.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət və icmal büdcələrinin layihəsində əksini tapan fiskal risklərin təhlilində bildirilib.
Sənəddə qeyd olunur ki, qlobal iqtisadi mühitdə yüksək qeyri-müəyyənliyin davam etməsi, əsas ticarət tərəfdaşlarında qiymət dinamikası və beynəlxalq əmtəə bazarlarındakı dəyişkənlik inflyasiya üzrə əsas xarici risk amillərindəndir.
"Xüsusilə, Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi enerji və digər əmtəələrin qiymətlərində əlavə dəyişkənlik yarada bilər. Eyni zamanda, nominal effektiv məzənnənin zəifləməsi idxal inflyasiyasının daxili qiymətlərə ötürülməsini sürətləndirə bilər.
Daxili amillər baxımından isə mövcud fiskal və monetar siyasət çərçivəsində məcmu tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracaq səviyyəyə yüksəlməsi ehtimalı aşağı qiymətləndirilir", - məlumatda qeyd edilib.
İnflyasiyanın fiskal göstəricilərə mümkün təsiri qiymətləndirilərkən qiymət səviyyəsindəki dəyişikliklərin nominal ÜDM-ə, dövlət büdcəsinin gəlirlərinə və fiskal göstəricilərin ÜDM-ə nisbətinə təsiri nəzərə alınıb.
Bu məqsədlə 2027–2030-cu illər üzrə inflyasiyanın baza proqnozundan 0,5, 1 və 1,5 faiz bəndi yuxarı və aşağı kənarlaşması əsasında müxtəlif ssenarilər hazırlanıb.
Hesablamalara əsasən, inflyasiyanın dəyişməsi qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinə mövcud ssenarilər çərçivəsində məhdud təsir göstərəcək. Bununla belə, proqnozlara görə, 2026-cı ildə təxminən 18 faiz səviyyəsində olan bu göstəricinin baza ssenarisi üzrə 2030-cu ildə 12 faizə yaxınlaşacağı gözlənilir.
Sənəddə vurğulanır ki, 2030-cu ildə ən pessimist ssenari üzrə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti üçün müəyyən edilmiş 12 faizlik aralıq hədəfin 0,5 faiz bəndi aşılması mümkündür. Beləliklə, həmin ssenaridə göstəricinin 12,5 faizə çatacağı proqnozlaşdırılır.
İcmal büdcə balansının ÜDM-ə nisbətinə gəldikdə isə məlumatlara əsasən, 2022-ci ildə 6,6 faiz, 2023-cü ildə 8,7 faiz, 2024-cü ildə 4,7 faiz və 2025-ci ildə 3,4 faiz profisit qeydə alınıb. 2026-cı ildə bu göstəricinin sıfıra yaxınlaşaraq təxminən 0,2 faiz təşkil edəcəyi nəzərdə tutulur.
Proqnozlara görə, 2027-ci ildə icmal büdcə balansının ÜDM-ə nisbətinin təxminən 2,2 faiz kəsirə keçəcəyi, sonrakı illərdə isə tədricən yaxşılaşaraq 2030-cu ildə 1,1 faiz kəsir səviyyəsində formalaşacağı gözlənilir.
İnflyasiyanın baza ssenaridən yüksək olması icmal büdcə balansının ÜDM-ə nisbətini pisləşdirən, aşağı olması isə yaxşılaşdıran amil kimi qiymətləndirilir. Ssenari diapazonları da 2030-cu ilədək bu göstəricinin inflyasiyanın dəyişməsindən asılı olaraq fərqli səviyyələrdə formalaşa biləcəyini göstərir.
İnflyasiya risklərinin azaldılması tədbirləri
Sənəddə inflyasiya şəraitində fiskal risklərin idarə olunması üçün çevik büdcə siyasətinin tətbiqinin və sosial müdafiə proqramlarının hədəfli şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunur.
Bildirilir ki, gözlənilməz qiymət artımlarının mənfi təsirlərini minimuma endirmək üçün preventiv maliyyə mexanizmlərindən istifadə olunması həm dövlət büdcəsinin gəlirlərinin qorunmasına, həm də iqtisadi artımın davamlılığının təmin edilməsinə imkan verə bilər.
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri







.jpg)





.jpg)






















