Ekopublika.az
"Aİ Rusiyadan uzaqlaşmaq üçün Azərbaycana üz tutacaq"
Avropa İttifaqı enerji üçün Rusiyadan asılılığını azaltmaq məqsədilə Azərbaycan və Türkmənistana üz tutmağa başlayır.
Publika.az-ın məlumatına görə, qəzetdə göstərilən sənəd layihələrində deyilir ki, Avropa İttifaqı Azərbaycan, Türkmənistan və Əlcəzair kimi ölkələrlə strateji enerji tərəfdaşlıqları yaratmaq üçün bütün xarici siyasət alətlərindən istifadə etmək niyyətindədir.
Rusiya Avropa üçün mühüm təchizatçı olaraq qalacaq, lakin onun nüfuzu azalacaq, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse prezidenti Maros Sefcovic qəzetə bildirib.
Eyni zamanda cənab Sefcovic deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Avropa İttifaqında enerji ilə bağlı bürokratiyanın azaldılması barədə danışıqlar aparıb.
"Bunun əsas prioritet olması barədə, bizim siyasət və tənzimləmə baxımından hər bir yardım göstərməyə hazır olmağımız barədə investorlara siyasi arxayınlıq vermək çox vacibdir", Avropa Komissiyasının rəsmisi deyir.
2013-cü ilin rəqəmlərinə əsaən, Avropa qazının 27 faizini Rusiyadan alır. Azərbaycandan İtaliyaya qaz nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) 2020-ci ilədək Avropanı 10 milyard kubmetr qazla təmin edəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR