"Neftin qiyməti 70 dollardan artıq olmayacaq"
Bizi izləyin

Ekopublika.az

"Neftin qiyməti 70 dollardan artıq olmayacaq"

Yaxın illərdə neftin qiyməti 70 dollardan artıq olmayacaq.

Publika.az xəbər verir ki, bu proqnozla Rusiya maliyyə naziri Anton Siluanov çıxış edib. O deyib ki, büdcə doldurulması üzrə dinamikanın mənfiyə doğru dəyişəcəyini gözləyir.

"İlin əvvəlindən martın 19-na kimi büdcə gəlirləri 6 faiz azalıb", - nazir əlavə edib.

Bundan əvvəl Siluanov Rusiya valyutasının yeni neft qiymətinə uyğunlaşdığı üçün rublun zəifləməsinə heç bir əsasın olmadığını deyib.Martın əvvəlində nazir 2015-ci ildə inflyasiya səviyyəsinin 12,2% olacağını bildirmişdi. Hazırda isə o inflyasiya səviyyəsinin 12 faizdən aşağı olacağını hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm