Ekopublika.az
Turizm potensialımız Vaşinqtonun Səyahət və Məcaralar Sərgisində nümayiş olunub
Fevralın 22-23-də Vaşinqtonda keçirilən və 20 min nəfərdən çox iştirakçının qatıldığı 10-cu Səyahət və Məcaralar Sərgisində Azərbaycanın turizm potensialı "Azərbaycan Möcüzələri" ("Wonders of Azerbaijan") layihəsi çərçivəsində nümayiş etdirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, yerli
turizm mütəxəssislərini bir araya gətirən "Azərbaycan Möcüzələri"
layihəsi ABŞ ictimaiyyəti arasında Azərbaycana turizmi təşviq etmək
və ABŞ-ın turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında
Azərbaycana müxtəlif istiqamətlər üzrə səyahət paketlərini təklif
etmək məqsədilə yaradılıb.
"Azərbaycan - Odlar Yurdu, Tolerantlıq Diyarı" başlığı altında
Azərbaycanın Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə
təşkil edilmiş sərgi stendində yerli turizm mütəxəssisləri
Azərbaycanın zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə
malik olduğunu, həmçinin dini və mədəni müxtəlifliyi və
tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi
iştirakçılarının diqqətinə çatdırıblar.
Bu vaxta qədər yerli turizm şirkətləri "Azərbaycan Möcüzələri" layihəsi çərçivəsində Çikaqo, Los Anceles və Vaşinqton şəhərlərində keçirilmiş sərgilərdə iştirak edib. Tədbir təşkilatçılarının bildirdiyinə görə, bu şəhərlərdə keçirilmiş səyahət sərgiləri iştirakçıların sayı baxımından ABŞ ərazisində keçirilmiş ən böyük üç beynəlxalq səyahət sərgisi hesab olunur.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı