Ekopublika.az
Azərbaycan “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olundu
Maliyyə Nazirliyinin və İcbari Sığorta Bürosunun uğurlu beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan növbəti mötəbər Beynəlxalq Təşkilata üzv olub.
Publika.az xəbər verir ki, Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunması və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənib.
Qeyd edək ki, Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. Bu sistemə əsasən Avropa ölkələri olmaqla 47 ölkə daxildir və Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb.
İqtisadiyyat şöbəsi
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi