OPEK-dən neft bazarına təsir edən QƏRAR
Bizi izləyin

Ekopublika.az

OPEK-dən neft bazarına təsir edən QƏRAR

İyunun 5-də OPEC-in (Neft İxrac edən Ölkələr Təşkilatı) Vyanada növbəti yığıncağı keçiriləcək. Bu dəfə OPEC üzvləri ilə təşkilata üzvü olmayan neft ölkələr arasında da müzakirələr gözlənilir. Müzakirə mövzusu isə istehsalın həcmini azaldıb-azaltmamaq olacaq. Xatırladaq ki, OPEC noyabrdakı toplantısında da bu mövzunu gündəm etmişdi. Amma ortaq məxrəcə gəlinməmişdi.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri neft bazarında müsbətə doğru dəyişiklik baş verdiyinə, eləcə də qiymətlərin məqbul səviyyəyə çəkildiyinə inanırlar. OPEC üzvü olmayan neft çıxaran ölkələr isə bazara müdaxilə şanslarının olduğunu düşünürlər.

Qeyd edək ki, hazırda xam neftin bareli 65 dollar təşkil edir. Bu, OPEC-in ötən il noyabrdakı toplantısından əvvəlki qiymətdən çox aşağıdır. OPEC üzvlərinin son qərarına görə, gündəlik 30 milyon barel istehsal olmalıdır.

OPEC qərarlarında kilid ölkə Səudiyyə Ərəbistanıdır

OPEC-in qərarları Səudiyyə Ərəbistanı üçün çox əhəmiyyətli rol oynayır. Ehtimallara görə, təşkilat bazar payını eyni səviyyədə saxlamaq məqsədilə strategiyasında dəyişikliyə getməyəcək. Körfəz ölkələri də eyni şəkildə düşünürlər. Qiymətlərin yaxşılaşdığını irəli sürürlər.

Diqqəti çəkən isə təşkilata üzv olmayan ölkələrin Rusiyanın liderliyi ilə 5 iyundan əvvəl toplanma qərarıdı.

Bununla belə analitiklər düşünür ki, iyunda bazarlara iki böyük hadisə təsir edə bilər. Amerika Mərkəz Bankının faiz göstəricisi ilə bağlı gözlənilən məlum toplantısı və İran ilə 5+1 ölkələri arasında iqtisadi sanksiyaların qaldırılması yönündə razılaşmanın əldə olunması.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm