Ekopublika.az
Azərbaycanda Orqanik Kənd Təsərrüfatı üzrə Sənədləşmə Mərkəzi yaradılacaq
Azərbaycan Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi ilə bağlı müqavilə imzalanıb.
Növbəti iki il müddətində həyata keçiriləcək layihənin əsas
məqsədi ekoloji təmiz kənd təsərrüfatının hazırkı vəziyyətinin
qiymətləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının
marketinqi və onların rentabelliliyi üzrə tədqiqatların
aparılmasından ibarətdir. Bundan başqa mövcud qanunvericiliyin və
institusional inkişafın təkmilləşdirilməsi, orqanik kənd
təsərrüfatı üzrə milli strateji planın hazırlanması, orqanik kənd
təsərrüfatı məhsullarına dair effektiv müfəttişlik və
sertifikatlaşdırma sisteminin təşkil edilməsidir.
Eyni zamanda, layihə çərçivəsində Orqanik Kənd Təsərrüfatı üzrə
Sənədləşmə Mərkəzinin təşkili, orqanik kənd təsərrüfatı üzrə
məlumatların toplanılması və fermerlərə paylanılması, bu sahədə
milli potensialın, texniki bacarıqların gücləndirilməsi nəzərdə
tutulur.
Qeyd olunan tədbirlərin həyata keçirilməsi ölkədə keyfiyyətli və
təhlükəsiz ərzaq məhsullarının istehsalının artırılması vasitəsilə
əhalinin sağlam ərzaqla təminatına və ətraf mühitin qorunmasına öz
töhfəsini vermiş olacaq. /Gun.az/
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı