Köşə
USTAD GETDİ...
Yunus Oğuz
Onu həmişə Həsən bəy Zərdabiyə bənzədirdim. Oxşarlıqlarını axtarırdım. Hər ikisinin dünyasını anlamağa çalışırdım. Ömrünü xalq və onun maariflənməsi üçün şam kimi yandıranlar üzdə olmağı heç sevməzlər. İşləri-gücləri, yazı-pozuları XALQ və ONUN GƏLƏCƏYİ idi. Əsas məsələ yaddaşlardan heç zaman silinməyəcək tarixi günümüzə daşımaq, bildiklərini gəncliyə aşılamaq idi və edirdilər. Xalqın pərvanəsi idilər. Xalq üçün yanırdılar.
Birisini görmədik...irsini öyrəndik...
O birisi günümüzdə yaşayırdı,irsi öyrədirdi...
Birisinin yoxluğunu o birinin varlığı doldururdu.
O da getdi... Dünyanın boşaldığını o qədər aydın, o qədər aşkar hiss etdik ki...
USTAD getdi- ŞİRMƏMMƏD HÜSEYNOV... ZƏRDABİ bənzəri...
O olanda arxayındıq. Övlad atasına arxayın olan kimi...Arxayındıq ki,önümüzdə USTAD var...Cümhuriyyət və mətbuat tariximiz onluqdur...O nəhəngdir, əzəmətlidir, qürurludur.Onun yanında özümüzü yığışdırırdıq. Çünki o nəhəng dənizin damlaları idik. O dənizə sevə-sevə qovuşurduq, dənizə çevrilməyə cəhd edirdik. Onunla mübahisə etməzdik, bu heç ağlımıza da gəlməzdi...Damla dəniz olmağa iddia edə bilər, əgər buxarlanmasa.....Biz isə öyrənə-öyrənə buxarlanırdıq, sonra buluda dönür, yağış halında yenə ona qayıdırdıq...
USTAD getdi...
Getdi bir də dönməyə...Bu dəfə ruhu ilə dönəcək. Yazdıqlarını, hələ yaza bilmədiklərini bizə yenidən öyrətmək üçün yenə dönəcək... Hər addımda ondan misallar, iqtibaslar çəkəcəyik...onun yaşam və iş tərzini, millətə, dövlətə,vətənə sevgisini nəsillərə örnək kimi göstərəcəyik...
USTAD getdi...
İşıqlı gözləri və sarkazm, amma səlis danışığı yaddaşımda həmişəlik həkk olunub. O, müstəqillik dövrü ilə fəxr edirdi... Onun yaradıcılarına nəhayətsiz sayğı duyur, onlar haqqında yazdığı üçün qürurlanırdı... Onlar haqqında yazanda bilirdim ki , o böyük insanlarla təmasda olur...
USTAD getdi...MÜƏLLİM getdi...ATA getdi.. Yetim qaldığımızı hiss edirsinizmi...
Biz də səninlə nəhayətsiz fəxr edirik , USTAD... Bizdən də təmaslarını əksik etmə... Ruhumuzu yetim qoyma... RUHUN ŞAD OLSUN!
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
















.jpg)















