Köşə
“Artsax”dan “Marsax”a keçdilər... - Ermənilərin yeni mifi
Tural Turan
NASA Marsdan yeni fotolar göndərməyə peşman olub. Daha doğrusu, amerikalı tədqiqatçıların Marsa göndərdiyi aparatın “qırmızı planetin səthinə enər-enməz göndərdiyi şəkillər ermənilərin yeni iştah pərdəsini aralayıb.
Onlar Mars planetini də özününküləşdirməyə başlayıblar. Artıq sosial şəbəkələrin Ermənistan seqmentində yarı zarafat, yarı ciddi paylaşımlar edirlər ki, Mars planeti də ermənilərin dədə-baba torpağıdır. Özü də Mars yox, Marsax!...
Belə yerdə cənab prezidentin bir ifadəsi yada düşür, xəstədilər, dəlidilər, nədilər?!
Hətta ruhi-psixoloji hədd o səviyyədədir ki, İrəvan dövlət universitetinin Armenak adlı 20 yaşlı tələbəsi yazıb ki, ermənilər yer səthinə məhz Marsdan gəliblər. O, yazısına “Marsakh is Armenia” da yazılmış bir foto paylaşıb.
Başqa bir erməni “ziyalı” isə qeyd edib ki, məhz ilk insanlar Marsa ayaq basanda mütləq onların arasında ermənilər də olmalıdır.
Bu yerdə Azərbaycanın tanınmış şairi Əlisəmid Kürün sözləri yadıma düşdü. Şair deyir ki, ermənilər Marsda da dinc durmayacaqlar, qazıb nəsə çıxaracaqlar, deyəcəklər ki, Mars da onlarındır. Daha doğrusu, artıq başlayıblar...
Erməni xislətidir də... Bu sarsaqlar gördülər ki, “Artsax”dan bir şey çıxmadı, Marsaxdan yapışdılar. Amma bu dəfə amerikalılara, çinlilərə paz olacaqlar. Kaş, Marsda süni həyat məsələsi reallaşaydı, erməniləri də köçürərdilər o tərəfə... Yer kürəsinin də canı onlardan dincələrdi...
Bir şərtlə ki, başqa millətin nümayəndələri oraya ayaq açmaya; yoxsa bu ermənilər onları da soyqırımına məruz qoyacaqlar. Bircə onu bilirəm ki, ermənilərin Marsda da bir fikri dəyişməyəcək: yenə də xəstə təfəkkürlərinə söykənib -Tanrı ermənidir- deyəcəklər...
44 günlük müharibədən sonra “Artsax” mifi dağılan ermənilərin “Marsax” mifi də təəccüblü olmamalıdır. Bunlar xəstə təfəkkürdən qurtula bilmirlər. Bu öz yerində, qurtulmamaqla yanaşı, yaşaya da bilmirlər.
Bircə onu bilirəm ki, ABŞ, Çin, Hindistan, Rusiya Marsda həyat tapsa, ermənilər bir yolunu tapıb oraya “paslı qriqoryan xaçı” mütləq göndərəcəklər... Təsəvvür edin, fantastik Yer-Mars müharibələri başlayır və yenə də qarşımıza ermənilər çıxır. Düşünmək belə insanın ürəyini bulandırır. Yəni, Marsa getsələr də bəşəriyyətin erməni xislətindən canı qurtulmyacaq...
Tibb elmi də onların ruhi xəstəliyinin təyinatını müəyyənləşdirə bilmirsə, deməli, səbəbi-hikməti Yaradandadır. Amma erməni olmayan Yaradanda...
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ





















.jpg)













.jpg)

