Qırmızı.az
Dövlət və cəmiyyət: Qarşılıqlı maraqlar necə təmin edilir? - DETALLAR
6.3.4 İctimai və dövlət maraqlarının müdafiəsi
Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi həm dövlət, həm də ictimai sektor tərəfindən hər zaman mətanətlə müdafiə olunub. Cəmiyyət dövlətin, dövlət də cəmiyyətin maraqlarının müdafiəsində müstəsna rol oynayıb. Eyni zamanda, bu maraqların günümüzün şərtləri daxilində inkişafı üçün yeni yanaşmalar tətbiq olunmaqdadır.
İctimai və dövlət maraqlarının qorunmasını təmin edən başlıca institusional vasitə, yaxud mexanizm milli dövlətdir. Ona görə də dövlət tərəfindən həyata keçirilən strateji kursun səmərəliliyi bu baxımdan xüsusi xüsusi əhəmiyyət kəsb edir.
Bu gün dünyanın aparıcı ölkələrinin hesabatlarında da öz əksini tapan bir həqiqət var. Yerli və xarici ekspertlər də hesab edirlər ki, bütün bəşəri dəyərləri böyük məsuliyyət və ciddi yanaşma ilə qoruyan, təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Birmənalı olaraq qeyd etməliyik ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.
Son 30 ildə müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. Bu da o deməkdir ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən bir topluluqdur. Eyni zamanda, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir.
Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasındakı birlik dayanır. Əslində bu, dövlət və cəmiyyət maraqlarının qarşılıqlı təmini ilə bağlı ən məntiqi izahdır.
Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Mütəxəssislərin fikrincə, ulu öndərin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı.
Elə bu konteksdə inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. Hətta yüzilliklərdir üzərində dayanılan fikir ondan ibarətdir ki, dövlətin və dövlətçiliyin, onun suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar hər zaman üst-üstə düşməlidir. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri kimi dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik.
İctimai və dövlət maraqlarının qorunmasını təmin edən başlıca institusional vasitə, yaxud mexanizm milli dövlətdir. Ona görə də dövlət tərəfindən həyata keçirilən strateji kursun səmərəliliyi bu baxımdan xüsusi xüsusi əhəmiyyət kəsb edir.
Siyasət nəzəriyyəçiləri və ekspertlər ictimai və dövlət maraqlarının qorunmasını təmin edən faktorlar sırasında sabitlik amilinə xüsusi diqqət yetirirlər. Qloballaşma dalğasının yaratdığı geosiyasi fırtınalardan daha çox əziyyət çəkən subyektlər milli dövlətlərdir. Xüsusilə də, ictimai-siyasi sabitliyin pozulması halları dövlətin əsas strateji dayaqlarının sarsılmasını şərtləndirir. İdarəedilən xaos" strategiyasının və "parçala, hökmranlıq et" prinsipinin əsas götürüldüyü indiki mərhələdə daxili sabitlik dövlət müstəqilliyi və suverenlik anyalışları ilə ekvivalentdir.
İqtisadi güc, hərbi potensial, demoqrafik struktur, diplomatik resurslar milli müstəqilliyin göstəricisi deyil, amma sabitlik bilavasitə suverenliyin qeyri-formal simvoludur. Bu baxımdan, ayrı-ayrı regionlar və ölkələrin timsalında mənzərə qanlı, bulanıq, acınacaqlı, hətta faciəvidir. Azərbaycan təcrübəsi isə müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Əminliklə söyləmək olar ki, Azərbaycanın sabitlik modeli yeni siyasi fenomendir. Bu isə ictimai və dövlət maraqlarının qorunmasına əlverişli şərait – etibarlı zəmin yaradır.
Azərbaycan multikulturalizmi spesifik milli modeldir. Əsrlərin sınağından çıxmış bu model davamlı sabitliyə və inkişafa böyük töhfələr verməkdədir. Ölkəmizdə sabitlik modeli artıq siyasi fonemen kimi də çıxış edir. Məhz bu sabitlik mühiti multikulturalizmin mövcudluğu və multikultural dəyərlərin təbliği üçün etibarlı zəmin yaradır. Eyni zamanda, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olması ənənəsi bir reallıqdır.
Yəni, cəmiyyətin ümdə maraqları siyahısında ilk pillələrdə dayanır. Məhz buna görə də multikulturalizm amilinin ölkəmizdə sabitlik və həmrəyliyə təhdid yaratması ehtimalı yoxdur.
Eyni zamanda, uzun illərin sınaqlarından çıxan başqa bir təcrübəyə baxaq. Bu gün Azərbaycan cəmiyyəti rəngli olduğu qədər də vahiddir. Bu rəngliliyi çoxmədəniyyətlilik və çox konfessiyalıq təmin edir. Əgər cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, sonunda böyük bir toplum kimi çıxış edirsə, dövlət də bu toplumu bir araya gətirməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürür.Məhz baxımdan cəmiyyət və dövlətin bir-birindən ayrı mövcud olması mümkünsüzdür.
Əks halda yüksəlişdən və davamlı inkişafdan söhbət belə gedə bilməz. İctimai maraqla dövlətin maraqlarının üst-üstə düşməsi isə həm cəmiyyəti, həm də dövləti yüksəlişə və inkişafa aparır.
P.S: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
-
Sosial18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ