Köşə
Qazaxın 7 kəndi nə zaman qaytarılır?
Tural Turan
Azərbaycan-Ermənistan sərhəddində baş verən sərhəd olayları Qazaxın 7 kəndinin də taleyinə aydınlıq gətirdi. Zəngəzur istiqamətindəki “Qaragöl olayları” Azərbaycan və Ermənistan cəmiyyətlərinə aşağıdakı mesajları verdi:
Birincisi, Azərbaycan öz ərazisindən bir santimetr də güzəştə gedən deyil.
İkincisi, Nikol Paşinyan Qaragöl “haqq-hesabını” ölkəsinin gücsüzlüyünü revanşistlərə göstərmək üçün qabartdı.
Üçüncüsü, Ermənistanın baş naziri bu olaylarla xalqını Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasına psixoloji olaraq hazırlayır.
“Qaragöl sərhəd qalmaqalı” göstərdi ki, Azərbaycan-Ermənistan sərhəddindəki delimitasiya və demarkasiya işləri işğalçı ölkədəki 20 iyuna nəzərdə tutulan seçkilərdən sonra daha da sürətləndiriləcək. Hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Voyaveviçin seçkilərdə qələbəsi təmin olunduqdan sonra Bakı İrəvanla münasibətlərinin yeni diktə mərhələsinə qədəm qoyacaq.
Bu müddət ərzində Ermənistan ordusunun Qarabağdakı qalıqları çıxarılacaq. Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycana təhvil veriləcək. Çox güman ki, bu proseslər avqust-sentyabr aylarında başa çatacaq. Elə Nikol Paşinyanın “Qaragöl olayları”nı KTMT-yə qədər daşıması da məhz xalqa hesablanmış addımdır; yəni, sizin güvəndiyimiz ruslar yenə də bizi “başıaçıq” qoydu, ümid Qərbədir - ismarışı vermək istəyir... Yəni, ümid Moskvaya deyil, Qərbin də həqiqətləri önündə susduğu Bakıyadır. İndi Ermənistanın örkəni gəlib Azərbaycanın doğanağından keçəcək...
Daha sonra Zəngəzur dəhlizinin açılması istiqamətində işlər sürətləndiriləcək.
Son sərhəd “narahatlığı” Azərbaycan ictimaiyyətində əminlik yaratdı ki, Qarabağ məsələsi artıq həll edilib və dövlətimizin hədəfi hücum diplomatiyasının qaydalarına əsasən Zəngəzur və Göyçə ətrafı olacaq.
Ermənistan cəmiyyəti isə anladı ki, Bakının israrı İrəvanın biləyini çox asanlıqla bükəcək və məğlub erməni əhalisi istəsə də, istəməsə də azərbaycanlıların Qərbi Azərbaycan ərazilərində məskunlaşması ilə barışacaqlar.
Hətta hazırda gizli danışıqlar masasında olan məsələlərin həllindən sonra sovet dövründə müəyyən “müqavilələr”lə ermənilərə örüş, otlaq sahəsi kimi verilən ərazilərin də Azərbaycana qaytarılması üçün Bakı və ya diplomatiyamız bütün gücü ilə hücuma keçəcək.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər baş verəcək
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ





















.jpg)













.jpg)

