Köşə
Şuşa qurultayınız mübarək olsun, şairlər və yazıçılar!
Tural Turan
Bu il yanvarın əvvəllərində feysbuk səhifəmdə bir təkliflə çıxış etmişdim. Bildirmişdim ki, Azərbaycan Yazıçılar Birliyinin 6 ildir yubanan qurultayı Şuşada keçirilsin. Sonra saytlar mənim bu təklifimi tirajlamışdılar. Daha sonra gənc şairlər, Prezident təqaüdçüləri Emil Rasimoğlu və Fuad Cəfərli də təklifimi dəstəkləmişdilər.
Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim isə mənə açıqlamasında söyləmişdi ki, yaxşı təklifdir, amma mümkün deyil. O, həmin vaxt Publika.az-a açıqlamasında bildirmişdi ki, AYB-nin 13-cü qurultayını Şuşada keçirmək mümkün deyil, çünki orada qalmaq üçün hotel, hostel yoxdur.
Sonra təklifim geniş ictimai müzakirələrə səbəb oldu, Xalq şairləri – rəhmətlik Fikrət Qoca, Nəriman Həsənzadə, Vahid Əziz, türk dünyasının böyük şairi Rüstəm Behrudi də 13-cü qurultayın Şuşada keçirilməsi təklifini alqışlamışdılar.
AYB isə təklifin gerçəkləşməsini o dövr üçün ağlabatan saymırdı. Bu hadisənin üzərindən 8 ay vaxt keçdi. Şuşada hotellər tikildi. "Qarabağ" və "Xarı Bülbül" hotelləri yenidən təmir olundu. Prezident və birinci xanımın iştirakı ilə qırmızı lentləri kəsilib istifadəyə verildi.
Bu günlərdə mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günlərinin açılışı baş tutdu. Prezident İlham Əliyev də orada çıxış etdi. Müzəffər Ali Baş Komandan şairlər qarşısında çıxışı zamanı Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini vurğuladı.
Artıq Şuşa dirçəlir. Hotellər, yeni yaşayış binaları tikilir. Neçə-neçə binanın təməli atılır. Yollar çəkilir. Bir sözlə, 8 ay ərzində Şuşa çox dəyişdi. Daha əvvəl də dediyim kimi, işğalın nəbzi durub, indi bütün saatlarımız Şuşadakı böyük qayıdışa işləyir.
Vaqif Poeziya Günlərinin açılış mərasiminin sonunda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev cənab Prezidentin qarşısında mənim vaxtilə verdiyim təklifi səsləndirdi. Dialoq eynilə bu cür olub:
Yazıçılar Birliyinin sədri Anar: İstəyirik ki, oktyabr ayında bizim qurultayı burada keçirək.
Prezident İlham Əliyev: Bəli, keçirin.
Anar: Xaricdən də qonaqlar olacaq.
Prezident İlham Əliyev: Yaxşı olar. Yer də var burada keçirmək üçün.
Anar: Çox yaxşı, çox sağ olun.
Elə mən də deyirəm, cənab Prezident, çox sağ olun. Sizin "hə" kəlməniz də AYB üçün bir ilk olacaq. İlk dəfə Yazıçılar Birliyinin qurultayı Bakıdan kənarda baş tutacaq. Özümü xoşbəxt adam hiss edirəm. Ona görə ki, özüm Şuşada, Vaqif Poeziya Günlərində bir şair, AYB-nin Gənclər Şurasının üzvü kimi iştirak edə bilməsəm də, təklifim iştirak etdi. Prezident tərəfindən bəyənildi. Qurultayın Şuşada – mədəniyyət paytaxtımızda gerçəkləşməsi arzudan reallığa çevriləcək. Təklifimi Şuşada səsləndirdiyi üçün AYB sədri Anar müəllim Rzayevə də səmimi qəlbdən təşəkkür edirəm!
Yeni qurultayınız mübarək olsun, şairlər və yazıçılar!
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)














.jpg)



.jpg)

